Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis vakansiyası

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;

Bank qanunvericiliyi bilikləri;

Azərbaycan dilində sərbəst danışıq bacarığı;

Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;

MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;

Məsuliyyətlilik və dəqiqlik.

 

İŞİN TƏSVİRİ:

Korporativ, KOS (SME) və Mikro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;

Kredit sifarişləri üzrə müştəri analizinin aparılması məqsədi ilə birbaşa biznes sahəsinə baxış keçirilməsi və yerində məlumatların əldə edilməsi;

Bankdaxili qayda və prasedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;

Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;

Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışıında birbaşa iştirak etmək;

Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;

Dövrü hesabatların hazırlanması və təhlili;

Mövcud və yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;

Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;

Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.