Azərbaycan Beynəlxalq Bankı Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis vakansiyası elan edir.
Görəcəyiniz işlər:
Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (Maliyyə, mühasibatlıq və iqtisadi sahədə);
Maliyyə təhlili, korporativ kreditlərin təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
Azərbaycan və ingilis dilləri mükəmməl, rus dili biliyi orta səviyyədə olan;
MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi[email protected]elektron ünvanına“Korporativ kreditlərin təhlili üzrə mütəxəssis/aparıcı mütəxəssis”şəklində göndərə bilərsiniz.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.