Korporativ Satış üzrə Menecer vakansiyası
Deluxe Park Qusar
İş yeri: Bakı Ofisi
Deluxe Park Qusar oteli Korporativ Satış üzrə Menecer vəzifəsi üzrə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Otelin brend imicinin daxili və xarici bazarda tanıdılmasını təmin etmək;
Mövcud korporativ müştərilərlə münasibətləri qorumaq və satışları artırmaq;
Müştərilərə əlavə xidmətlərin (up-sell) təklif edilməsi və gəlirin artırılması;
Satış prosesində istifadə olunan proqramlarda məlumatların daxil edilməsi və yoxlanılması (müştəri bazası, müqavilələr, komissiyalar və s.);
Təqdimat materiallarının hazırlanması (broşürlər, kommersiya təklifləri, müqavilələr və s.);
Müştərilərlə telefon və e-mail vasitəsilə əlaqənin qurulması və sorğuların cavablandırılması;
Korporativ və turizm satışlarının idarə olunması;
Bazar araşdırması aparmaq, trendləri izləmək və rəhbərliyə məlumat vermək;
Sərgilərdə, turizm yarmarkalarında və təqdimat tədbirlərində iştirak etmək;
Yeni biznes imkanlarını müəyyən etmək və gəlir yönümlü strategiyalar tətbiq etmək;
Satış strategiyalarının icrasında iştirak etmək.
Əlaqələrin qurulması və müştəri məmnuniyyəti:
Müştərilərə göstərilən xidmətin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək;
Əsas tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq qurmaq;
Otelin daxili şöbələri ilə sıx əməkdaşlıq edərək satış strategiyalarının həyata keçirilməsini təmin etmək;
Tələblər:
Satış və ya oxşar sahədə minimum 1–3 il iş təcrübəsi;
Ali və ya orta ixtisas təhsili;
Azərbaycan, rus dillərini sərbəst bilmək;
Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətli, nəticəyönümlü və aktiv olmaq.
Maraqlanan namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər: