Bakı, İmişli, Masallı və Füzuli mağazalarımızda müştəri xidmətini və kredit əməliyyatlarını peşəkar səviyyədə icra edəcək Kredit mütəxəssisi axtarırıq.
Vəzifə və öhdəliklər:
- Müştərilərə kredit məhsulları üzrə peşəkar məsləhət xidmətinin göstərilməsi;
- Kredit üzrə müraciətlərin qəbulu, analizi və qiymətləndirilməsi;
- Kredit portfelinə nəzarət və effektiv şəkildə idarə etmək;
- Müştəri hesabları üzrə əməliyyatların icrası;
- Ayrılmış kreditlər üzrə cari xidmətlərin göstərilməsi və monitorinqinin həyata keçirilməsi.
Namizədə dair tələblər:
- Yaş həddi: minimum 25 yaş;
- Bəy namizədlər;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi üstünlük təşkil edir);
- Yüksək ünsiyyət qurma qabiliyyəti və işə təşəbbüskar yanaşma;
- Effektiv kommunikasiya bacarıqları;
- Müştəriyönümlü xidmət göstərmək və komanda ilə peşəkar ünsiyyət;
- Analitik düşüncə tərzi, məntiqi təhlil və riyazi hesablama aparmaq bacarığı;
- İşlərin icrasında maksimal dəqiqlik və detallara qarşı xüsusi diqqət;
- Bank və ya bank olmayan kredit təşkilatlarında (BOKT) kredit mütəxəssisi olaraq 3–5 il iş təcrübəsi;
İş şəraiti:
- İş yeri: “İrşad” mağazalar şəbəkəsinin müvafiq mağazası;
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə;
- Əməkhaqqı: 600 AZN+ bonus.
Qeyd olunan tələblərə cavab verən namizədlər CV formasını [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.


