Vəzifə : “Kreditorlar üzrə mühasib/aparıcı mühasib”
Əsas vəzifə öhdəlikləri:
· Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi;
· Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması;
· Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək;
· Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması;
· Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
· Vergi və mühasibat uçotu sahəsində biliklər;
· Analitik düşüncə və detallara diqqət;
· Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);
· Minimum 2 il iş təcrübəsi.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kreditorlar üzrə mühasib/aparıcı mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.