A+CO ASC olaraq şirkətimizə “Laboratoriya mütəxəssisi” vəzifəsi üzrə əməkdaş axtarırıq. Tələblərimiz: - Kimya, Biologiya sahəsində ali təhsil;. - Göstərilən vəzifə üzrə ən azı 2 illik iş təcrübə; - MS Office (MS Excel) proqram bilikləri; - Rus dili biliyi əlavə üstünlükdür; - Laboratoriya avadanlıqlarını, onların istismar olunması qaydalarını bilməli; - Xammal və istehsal olunan hazır məhsulun keyfiyyəti üzrə fəaliyyətdə olan normativ sənədləri ilə işləmə bacarığı; - Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli; - Məsuliyyətlilik və detallara qarşı diqqətlilik; Vəzifə öhdəlikləri: - Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarət etməsi; - Xammalın, suyun, köməkçi materialların, istehsal olunan məhsulların və yarımfabrikatlara dair sınağın onların standartlara uyğunluğuna nəzarətin (orqanoleptiki, fiziki-kimyəvi) təmin edilməsi; - Laboratoriyanın gündəlik temperatur və rütubətini yoxlayıb və qeydlərin yaradılması - Sınaqlarının nəticələrinin düzgünlüyünü ,obyektivliyini və tələb olunan dəqiqliyini təmin edilməsi; - Analizin aparılması zamanı aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasına dair tədbirlərin gör�
�lməsi; - - Kimyəvi reaktiv və məhlulların hazırlanması, hazırlanan reaktivlərin qeydiyyatının aparılması və saxlama müddətinə nəzarət edilməsi - İstehsalat avadanlıqlarına, (çən və s.) yuyulmadan sonrakı nəzarəti təmin edilməsi ( fiziki-kimyəvi analizlərlə); - İşçilərin əllərindən və geyimindən yaxma götürülərək mikrobioloji analizin aparılması; - Laboratoriyada aparılan bütün analizlərin (orqanoleptiki, fiziki-kimyəvi və mikrobioloji), həmçinin cihaz kalibrasiya və tənzimləmələrinin qeydiyyatın aparılması. - Qeydiyyatların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirilməsi; - Laboratoriyada istifadə olunan cihazların kalibrasiya və tənzimləmələrini plana uyğun olaraq həyata keçirilməsi; İş şəraitimiz: - İş yeri: Xırdalan şəhəri - 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; - Nahar Şirkət tərəfindən təmin olunur ; - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ; - 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya mütəxəssisi” yazaraq[email protected]ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.