Vakansiya: Layihə Köməkçisi (ESG Strategy Project)
ESG strategiyasının hazırlanması üzrə icra olunan layihə çərçivəsində komandamıza Layihə Köməkçisi axtarırıq.
Layihə haqqında: Layihə təşkilat üçün Ətraf Mühit (E), Sosial (S) və İdarəetmə (G) istiqamətləri üzrə strateji çərçivənin hazırlanmasını, analizi və strukturlaşdırılmasını əhatə edir.
Əsas tələblər:
Rus və İngilis dilləri – işgüzar səviyyədə (yazılı və şifahi)
Təhsil - İdarəetmə, Biznesin idarə olunması və ya Ətraf mühit / Dayanıqlılıq və əlaqəli istiqamətlər
Analitik düşünmə və strukturlaşdırılmış işləmə bacarığı
Korporativ sənədlərlə, hesabatlarla və təqdimatlarla işləmə qabiliyyəti
Məsuliyyətlilik və layihə disiplininə uyğunluq
Vəzifə öhdəlikləri:
- ESG strategiyasının hazırlanması prosesində layihə komandasına dəstək
- Analitik materialların, arayışların və hesabatların hazırlanması
- Yerli və beynəlxalq maraqlı tərəflərlə yazışmaların aparılması
- Layihə sənədlərinin sistemli idarə olunması və koordinasiya
Əmək haqqı: Müsahibə əsnasında müzakirə olunacaq
Müraciət: [email protected]
Son tarix: 20 fevral 2026
Qeyd: Layihə köməkçisi başlığını qeyd edin zəhmət olmasa