Layihə meneceri vakansiyası
Vəzifə öhdəlikləri:
-Layihələrin planlaşdırılması, idarə edilməsi və uğurla tamamlanması;
-Komandalararası koordinasiyanın və şəffaf hesabatlılığın təmin olunması;
-Layihə risklərinin, resursların və büdcənin effektiv idarə edilməsi;
-Layihələrin şirkətin strateji hədəflərinə və beynəlxalq standartlara uyğun icrası;
-Müştəri, tərəfdaş və podratçılarla əməkdaşlığın təşkil edilməsi;
-Layihə sənədlərinin və hesabatların hazırlanması.
Tələblər:
-Ali təhsil (Mühəndislik, İT, Menecment və s.);
-Layihə idarəetməsində ən azı 5 illik təcrübə;
-Aşağıdakı sertifikatlardan ən azı biri: PMP®, PRINCE2®, PMI-ACP®, Scrum -Master, ITIL®, Lean Six Sigma;
-MS Project, Jira, Asana və s. proqramlarda təcrübə;
-Güclü analitik, liderlik və kommunikasiya bacarığı;
-Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət.
Üstünlüklər:
-Beynəlxalq və çoxmədəniyyətli layihə təcrübəsi;
-PMO qurulması və risk idarəetməsi bilikləri;
-Kibertəhlükəsizlik və infrastruktur layihələrində təcrübə.
Əlavə məlumat:
İş rejimi: I–V günlər, 09:00–18:00
İş yeri: Bakı, Nizami r., H.Əliyev pr. 189B
Əməkhaqqı: Razılaşma yolu ilə
Namizədlər “Layihə meneceri” başlığı ilə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.