Div Academy Layihələrin İdarə Edilməsi üzrə Yay Təcrübə Proqramı
Vəzifə öhdəlikləri
● Layihələrin planlaşdırılması və icrası prosesində aktiv iştirak etmək;
● Layihə planlarının hazırlanması və iş proseslərinin koordinasiyasına dəstək göstərmək;
● Tapşırıqların icra vəziyyətini izləmək və layihə komandasına operativ dəstək vermək;
● Layihə sənədlərinin hazırlanması, yenilənməsi və sistemli şəkildə arxivləşdirilməsində
iştirak etmək;
● Görüşlərin, təlimlərin və digər layihə fəaliyyətlərinin təşkilinə dəstək göstərmək, qeydləri
aparmaq və görüləcək işlərin koordinasiyasını təmin etmək;
● Layihə komandası və digər maraqlı tərəflərlə effektiv kommunikasiya qurmaq;
● Layihə hesabatlarının və təqdimat materiallarının hazırlanmasına dəstək vermək.
Namizədə tələblər
● Layihələrin idarə edilməsi sahəsində karyera qurmağa maraqlı olmaq;
● Ali təhsil alan (III–IV kurs) və ya yeni məzun olmaq;
● Analitik düşünmə və problem həll etmə bacarığı;
● Güclü təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
● Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
● MS Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə bacarığı;
● Məsuliyyətli, təşəbbüskar, öyrənməyə açıq və inkişaf yönümlü olmaq.
Təcrübə proqramının şərtləri
● 4 aylıq təcrübə proqramı;
● Part-time və full-time iştirak imkanı;
● Yol xərclərinin qarşılanması;
● Real layihələr üzərində praktiki iş təcrübəsi qazanmaq imkanı;
● Dinamik və inkişafyönümlü komandanın bir hissəsi olmaq imkanı;
● Təcrübə proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikat;
Müraciət üçün CV faylınızı [email protected] ünvanına göndərə bilərsiniz.