BOKT Falcon Finance MMC-də Lizinq üzrə Mütəxəssis Vakansiyası
BOKT “Falcon Finance” MMC lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
Elanın təsviri
• Elan tarixi: 09.07.2026
• Son tarix: 09.08.2026
• Şirkət: BOKT Falcon Finance MMC
• Ərazi: Bakı
• Maaş: Razılaşma
• Yaş: 25 — 45 yaş
• Təhsil: Ali təhsil
• İş rejimi: Tam iş günü (5 gün)
• Müqavilə: Əmək müqaviləsi
• E-mail: [email protected]
Əsas vəzifələr:
• Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
• Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;
• Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;
• Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;
• Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
• Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
• Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;
• Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;
• Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.
Tələblər:
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (bank, BOKT təcrübəsi üstünlükdür);
• Güclü analitik qabiliyyət və satış bacarığı;
• Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
• MS Office proqramlarında işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “lizinq mütəxəssisi” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.


