Logistika sahəsində karyera qurmaq istəyən gənclər üçün yeni imkan!
RMES Logistics MMC komandamıza qoşulmaq istəyən, öyrənməyə həvəsli və məsuliyyətli namizədlər üçün aşağıdakı vakansiyalar üzrə müraciət qəbul edir:
🔹 Logistika əməliyyatları üzrə təcrübəçi (Logistics Operations Trainee)
🔹 Logistika satış üzrə təcrübəçi (Logistics Sales Trainee)
Təcrübəniz yoxdursa, bu sizin üçün maneə deyil. İş prosesi və beynəlxalq logistika əməliyyatları şirkət tərəfindən təlimlər vasitəsilə öyrədilir.
Sizə nə təqdim edirik?
• Real iş mühitində praktiki təcrübə
• Beynəlxalq logistika proseslərini öyrənmək imkanı
• Peşəkar komandada inkişaf perspektivi
• Ödənişli sınaq müddəti
• Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
• Karyera yüksəlişi üçün uzunmüddətli imkanlar
Axtardığımız namizədlər:
• Ali təhsilli şəxslər
• Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı olanlar
• Məsuliyyətli, operativ və nəticəyönümlü şəxslər
• Microsoft Office proqramlarında işləmə bacarığı olanlar
• Rus və ya ingilis dili bilən namizədlər (üstünlükdür)
İş qrafiki:
Bazar ertəsi – Cümə
09:00 – 18:00
Müraciət üçün CV-nizi vakansiyanın adını qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:
Logistika sahəsində ilk addımını atmaq və peşəkar inkişaf yoluna başlamaq istəyən tanışlarınızla paylaşmağınızı xahiş edirik.