Logistika üzrə kiçik mütəxəssis üzrə təcrübəçi vakansiyası
Vəzifə tələbləri:
Ali təhsilli xanım və bəy namizədlər (Universitetin sonuncu kurs tələbələri və Magistr tələbələri müraciət edə bilər);
Azərbaycan dilində səlis danışıq qabiliyyəti, İngilis dili və Rus dili (arzuolunandır);
Yaş həddi: 21-30
Kompyuter və ofis proqramlarından istifadə etmək bacarığı;
Məsuliyyətli, öyrənməyə, inkişaf etməyə həvəsli və diqqətli biri olması;
Verilən tapşırıqların zamanında və dəqiqliklə işlənməsi;
Təcrübə müddətində öyrədiləcək:
Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət;
Beynəlxalq yükdaşımalarını həyata keçirilməsi;
Daşınmaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq;
İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması;
Kompyuter ilə məlumatların sistemə yerləşdirilməsi;
Müraciətlərin qeydə alınması, araşdırılması və cavablandırılması;
Müştəri xidmətləri, logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə biliklərin əldə edilməsi
Biz sizə nə vəd edirik?
Rahat və geniş ofis şəraiti
Uğurlu namizədə iş imkanı
İş şəraiti:
İş günləri: Həftənin 1- 5-ci günlər
İş vaxtı: 10:00 18:00
Ünvan: Bakı şəhəri, Nəimanov rayonu
Əmək haqqı razılaşma əsasında olacaq
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt adresinə və ya +994 50 261 39 40 Whatsapp nömrəsinə göndərə bilərsiniz.