PMD Projects MMC qeyd olunmuş sahələr üzrə 3 aylıq ödənişli (Maaşlı) "Təcrübə proqramı" elan edir.

 

İnşaat mühəndisi təcrübəçi (İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil);

İnsan resursları üzrə təcrübəçi (İR idarəedilməsi, Biznesin idarəedilməsi və s. üzrə ali təhsil);

Mühəndis-konstruktor təcrübəçi (İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil);

Memar təcrübəçi (Memarlıq ixtisası üzrə ali təhsil);

Tikinti xərclərinə nəzarət üzrə təcrübəçi (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);

Mexanika mühəndisi təcrübəçi (Mexanika mühəndisliyi sahəsi üzrə ali təhsil);

Elektrik mühəndisi təcrübəçi (Elektrik mühəndisliyi üzrə ali təhsil);

Keyfiyyətə nəzarət üzrə təcrübəçi (İnşaat mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);

Avtomatlaşdırma və elektronika mühəndisi üzrə təcrübəçi (Avtomatlaşdırma və elektronika sahəsi üzrə ali təhsil);

Geodeziya mühəndisi üzrə təcrübəçi (Geodeziya mühəndisliyi və ya oxşar ixtisas üzrə ali təhsil);

Satınalmalar üzrə təcrübəçi (Müvafiq ixtisas üzrə ali təhsil);

SƏTƏM üzrə təcrübəçi (SƏTƏM və ya oxşar ixtisas üzrə ali təhsil).

 

Əsas tələblər:

2025 məzunu və ya hal-hazırda 4-cü kursda təhsil alan tələbələr;

 Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı;

 Kompüter bilikləri: MS Office – yaxşı;

 Ünsiyyət və komanda ilə çalışma bacarığı;

Öyrənməyə həvəsli və təşəbbüskar olmaq.

 

Seçim test və müsahibə mərhələlərindən ibarət olacaqdır.

 

Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən keçiddən istifadə edərək müraciət etmələri xahiş olunur.

Son tarix: 7 yanvar 2026

LİNK

 

Yalnız qeyd olunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.