Maaşlı təcrübə proqramı – Xanım Namizədlər üçün

 

MİNOX” MMC inkişaf etmək və işləmək istəyən 18 – 22 yaş arası gənc xanımlar üçün maaşlı təcrübə proqramı elan edir.

Kimlər müraciət edə bilər?

  • 18–22 yaş arası xanım namizədlər
  • Təcrübəsi olan və ya olmayan
  • Kompüter bilikləri az ola bilər
  • Öyrənməyə həvəsli, məsuliyyətli və aktiv
  • Universitet və ya kollec məzunları
  • Sonuncu kurs tələbələri

Proqram çərçivəsində:

  • Praktiki təcrübə öyrədilir
  • İş prosesinə uyğun təlimlər verilir
  • Real iş mühitində çalışma imkanı
  • Uğurlu namizədlər üçün daimi iş şansı

 Kompüter bilikləri üzrə inkişaf
Ofis proqramları (Word, Excel, PowerPoint) ilə işləmə, e-poçt yazışmaları, internetdən düzgün və effektiv istifadə, gündəlik iş prosesində kompüter bacarıqlarının artırılması.

 Satış bacarıqları
Müştərilərlə düzgün ünsiyyət qurmaq, məhsul və xidmətlərin təqdim edilməsi, satış texnikaları, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və satış prosesinin idarə olunması.

Təqdimat bacarıqları
Özünü düzgün və inamlı ifadə etmə, şifahi və yazılı təqdimatların hazırlanması, qarşı tərəfə təsirli və peşəkar təqdimat etmə bacarıqlarının inkişafı.

 İnzibati idarəetmə üzrə inkişaf
Ofis daxili işlərin təşkili, sənədlərlə işləmə, gündəlik planlama, komanda və rəhbərliklə koordinasiya, inzibati proseslərin effektiv idarə olunması. 

Biz nə təklif edirik:

  • Təcrübə + iş imkanı
  • Dəstəkçi və öyrədici komanda
  • İnkişaf və karyera perspektivi
  • Vaxtında ödəniş (300 AZN)

İş yeri: (Nərimanov m/st yaxınlığı)


İş qrafiki: (İş qrafiki həftə içi 10.00 dan–19.00 dək, şənbə 10.30 dan–17.00 dək)


Əlaqə: (0502453299 / [email protected])

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.