Magistr tələbələri üçün Təcrübə Proqramı – İnzibati İşlər (Arxiv və Sənəd Dövriyyəsi)
Şirkətimiz inzibati işlər, xüsusilə arxiv və sənəd dövriyyəsi sahəsində təcrübə qazanmaq istəyən tələbələr üçün təcrübə proqramı elan edilir.
Proqram haqqında
Təcrübə müddəti: 1 ay (ödənişsiz)
Təlim: Mövcud mütəxəssis tərəfindən praktiki şəkildə öyrədilmə
İş qrafiki: Tam iş günü
Təcrübə müddətində özünü yaxşı tərəfdən göstərən namizədə:
Rəsmi iş təklifi
Minimum 1 il müddətində əməkdaşlıq imkanı təqdim olunacaq
Öhdəliklər :
Sənədlərin arxivləşdirilməsi və sistemləşdirilməsi
Sənəd dövriyyəsinin təşkili və izlənməsi
İnzibati işlərdə gündəlik dəstək göstərilməsi
Tələblər :
Yalnız xanım namizədlər
Aşağıdakı universitetlərin magistr (yalnız axşam növbəsi) tələbəsi olmaq:
Bakı Dövlət Universiteti , Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Bakı Mühəndislik Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti.
Aşağıdakı ixtisas/fakültələr üzrə təhsil almaq:
İdarəetmə, İqtisadiyyat, Biznesin idarə olunması, Maliyyə, Marketinq.
İngilis dili biliyi: minimum A2
MS Office proqramlarında işləmə bacarığı
Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq
Komandada işləmə bacarığı
1C proqramı üzrə ilkin biliklər və SPM üzrə anlayış üstünlükdür.
Təklif edirik :
Real iş mühitində praktiki təcrübə
Praktiki bilik və bacarıqların inkişafı
Uğurlu namizədlər üçün uzunmüddətli iş imkanı
Uyğun namizədlər Cv nümunələrini "Təcrübə Proqramı – İnzibati İşlər" başlığı altında [email protected] mail adresinə göndərə bilərlər.