“Maliyyə” istiqaməti üzrə müəllim

 

İş öhdəliklərinin təsviri

    Bakalavr səviyyəsində maliyyə ilə bağlı fənlərin tədrisi;

    Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;

    Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;

    Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak;

    Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;

    Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;

    Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.

 

Tələblər

    Maliyyə, Biznes və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);

    İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);

    Maliyyə menecmenti və investisiya menecmenti üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;

    Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;

    Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;

    Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.

 

Müraciət etmək üçün

Tələb olunan sənədlər

    CV;

    Ali təhsil diplomlarının və transkriptlərin surətləri;

    Motivasiya məktubu (maksimum 500 söz);

    Elmi nəşrlərin siyahısı (mövcuddursa).

 

Əlavə qeydlər

    Elektron məktubun mövzu hissəsində “Maliyyə” istiqaməti qeyd edilməlidir.

    Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

    Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcəkdir.

Müraciət üçün son tarix

17 İyun 2026

E-poçt: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.