Aşağıda Elm və Təhsil Nazirliyinin tabe qurumunda hazırda aktiv olan vakansiyanı nəzərinizə çatdırıram.

 

Vəzifə: Maliyyə üzrə mütəxəssis

Son müraciət tarixi: 06.06.2025

 

Əsas tələblər:

 

Təhsil: Maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır)

Təcrübə: Maliyyə sahəsində minimum 1 il staj

Sertifikat: Peşəkar mühasib sertifikatı (minimum I səviyyə arzuolunandır)

Kompüter bilikləri: MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik

Dil biliyi: Tələb olunmur

 

Nəzəri biliklər:

 

Namizəddən aşağıdakı normativ sənədlər üzrə biliklərin olması arzuolunandır:

 

Mühasibat uçotu haqqında AR Qanunu

Büdcə sistemi haqqında AR Qanunu

Vahid Büdcə Təsnifatı - NK-nın 11.10.2018-ci il tarixli 440 nömrəli qərarı

AR Maliyyə Nazirliyinin Q-13 və Q-10 nömrəli Kollegiya qərarları

İctimai sektor üçün mühasibat uçotu üzrə beynəlxalq standartlara dair qaydalar və digər müvafiq normativ aktlar

 

Bilik və bacarıqlar:

 

Analitik düşüncə və təhlil bacarığı

Dəqiqlik və intizamlılıq

Komanda ilə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

Rüblük və illik maliyyə hesabatlarının qəbulu, analitik təhlili və konsolidasiyası

Rəhbərliyin verdiyi digər tapşırıqların icrası

 

Qeyd: Vakansiya Dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə üzrə mütəxəssis” yazaraq [email protected] e-poçt ünvanına göndərməkləri xahiş olunur. 

 

Peşəkar inkişaf imkanları ilə zəngin bir mühit sizi gözləyir!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.