Bravo Logistika və Distribusiya Mərkəzi üçün məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli xanım namizədlər axtarırıq.

 

Öhdəliklər:

• Yığılan mal-materialın say, kütlə, fiziki görünüş, son istifadə tarixi və çeşid üzrə uyğunluğunu nəzarət sistemi ilə yoxlamaq, uyğunsuzluqlar barədə hesabatda qeyd etmək

• Zərurət olduqda məhsulları paletlərə yerləşdirmək və sifariş qablaşdırmasının fiziki və qida təhlükəsizliyini təmin etmək;

• Yoxlama nəticələrini və aşkar olunan problemləri vaxtında məsul şəxsə bildirmək;

• Rəhbər göstərişinə əsasən SƏTƏMM və təhlükəsizlik qaydalarına əməl etməklə avadanlıqlardan istifadə edərək malların daşınmasını təmin etmək;

• İş sahəsi və avadanlıqları SƏTƏMM qaydalarına uyğun təmiz və təhlükəsiz saxlamaq;

• Qida təhlükəsizliyi qaydalarına əməl etmək və uyğunsuzluqlar barədə dərhal məsul şəxslərə məlumat vermək.

 

Əmək şəraiti, iş rejimi və imtiyazlar:

· İş yeri Qaradağ rayonu, Lökbatan dairəsi – Bravo Logistika və Distribusiya Mərkəzi;

· İş qrafiki: 6 günlük;

· Nahar təmin edilir;

· Nəqliyyat xidməti: Koroğlu m/s, 20 Yanvar m/s, Ələt qəsəbəsi və Ümid qəsəbəsi istiqamətləri üzrə avtobus servis xidməti.

· Performans göstəricilərinə əsaslanan bonus (motivasiya) sistemi tətbiq edilir.

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu bölməsində “Malların nəqlinə nəzarət üzrə operator" / "Dispatch Control Operator” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə işə qəbulun növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.