Marketinq Direktor vakansiyası

 

Vəzifə haqqında:


Şirkətin ümumi marketinq strategiyasını formalaşdıracaq, brendin inkişafını, reklam və rəqəmsal kampaniyaları idarə edəcək, satışların artımına real təsir göstərə biləcək təcrübəli rəhbər axtarılır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik marketinq strategiyasını və büdcəsini hazırlamaq, icrasına nəzarət etmək;
  • Brendin tanıdılmasını, ənənəvi və rəqəmsal kampaniyaları planlaşdırmaq və həyata keçirmək;
  • Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, TikTok Ads, LinkedIn Ads, SEO, E-mail Marketing, Remarketing, Influencer Marketing, Marketing Automation və Web Analytics platformaları) vasitəsilə effektiv reklam kampaniyaları planlaşdırmaq və həyata keçirmək;
  • Komandanı idarə etmək, motivasiya və inkişafına dəstək olmaq.

Tələblər:

  • Marketinq və ya biznes üzrə ali təhsil;
  • Minimum 6 il marketinq təcrübəsi, o cümlədən ən azı 3 il rəhbər vəzifədə ;
  • Rəqəmsal və ənənəvi marketinq alətləri üzrə praktiki və nəzəri biliklər;
  • Komanda idarəetmə, liderlik və strateji planlaşdırma qabiliyyəti;
  • Kreativ yanaşma və innovativ düşüncə tərzi;
  • Güclü analitik düşüncə, data ilə işləmə və nəticəyönümlü qərarvermə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı, İngilis və Rus dili üstünlükdür.
  • Güclü analitik və strateji düşünmə bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • Maaş: 2500 – 3000 AZN + performans bonusu;
  • İş rejimi: Tam ştat;
  • İş saatı: 09:00-18:00.

 

Müraciət üçün CV-lərinizi [email protected] ünvanına göndərin. Mövzu hissəsində “Marketing Direktor” yazmağınız xahiş olunur.

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.