Bu vakansiyaya özünü uyğun görən namizədlərdən CV-ni vakansiyanın adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Əsas vəzifə öhdəlikləri
• Şirkətin və keçirilən sərgilərin marketinq strategiyasının hazırlanması və icrası
• Sərgi və tədbirlərin tanıtımı üçün kampaniyaların planlaşdırılması (online və offline)
• Sosial media platformalarında (Instagram, Facebook, LinkedIn və s.) kontentin planlanması və idarə olunması
• Reklam kampaniyalarının idarəsi (Meta Ads, Google Ads və s.)
• Hədəf auditoriyanın müəyyən edilməsi və lead generation strategiyalarının qurulması
• Sərgi iştirakçılarının və ziyarətçilərin cəlb olunması üçün kreativ ideyaların hazırlanması
• PR və media ilə əməkdaşlıq, press-relizlərin hazırlanması
• E-mail marketinq kampaniyalarının hazırlanması və icrası
• Marketinq fəaliyyətlərinin nəticələrinin analizi və hesabatların hazırlanması
• Partnyorlar və sponsorlarla koordinasiya
Görəcəyi işlər (gündəlik fəaliyyətlər)
• Reklam kampaniyalarının optimizasiyası və monitorinqi
• Dizayner və kontent komandası ilə işləmək (brief vermək)
• Sərgi öncəsi və zamanı promo materialların hazırlanması üçün göstərişlərin verilməsi (banner, broşür və s.)
• CRM və ya lead bazası ilə işləmək
• Rəqiblərin və bazarın təhlili
• Event günlərində aktiv iştirak və koordinasiya
Namizədə tələblər
• Marketinq sahəsində minimum 2–5 il iş təcrübəsi (event/sərgi təcrübəsi üstünlükdür)
• Digital marketing alətləri üzrə biliklər (Meta Ads, Google Ads, SEO əsasları)
• Sosial media idarəetməsi üzrə praktiki təcrübə
• Azərbaycan dili sərbəst, (Rus dili və İngilis dili biliyi üstünlükdür)
• Deadline-lara uyğun işləmə bacarığı
Təklif olunur:
• Əmək haqqı qarşılıqlı razılaşma ilə
• Böyük layihələrdə iştirak imkanı
İş saatı: 09:00-18:00
İş yeri: Comərd iş mərkəzi