VAKANSİYA
Azərbaycan Sığortaçılar Assosiasiyası "Marketinq Mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
ASA-nın marketinq və kommunikasiya strategiyasının hazırlanması və icrası;
Sosial media platformalarının idarə olunması və kontent planının hazırlanması;
Tədbir və forumların (yerli və beynəlxalq) təşkilində marketinq dəstəyinin təmin olunması;
Analitik hesabatların hazırlanması və marketinq fəaliyyətinin effektivliyinin ölçülməsi;
Sığorta maarifləndirməsi istiqamətində kreativ layihələrin hazırlanması;
ASA-nın dövri nəşrlərinin (jurnal, bülleten) hazırlanması (dizayn edilməsi).
Tələblər:
Marketinq və kommunikasiya sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dili – mükəmməl, İngilis dili – yaxşı səviyyədə, Rus və Türk dili üstünlükdür;
Sosial media və rəqəmsal marketinq alətləri üzrə biliklər;
Analitik düşünmə, yaradıcı və zövqlü yanaşma qabiliyyəti;
Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları.
Üstünlüklər:
Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;
Yerli və beynəlxalq layihələrdə iştirak təcrübəsi;
Dinamik və peşəkar iş mühiti;
Karyera inkişafı və peşəkar təlimlər.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.