"Marketinq üzrə kiçik mütəxəssis" vakansiyası ilə bağlı əməkdaş axtarışındayıq!
Vəzifə öhdəlikləri:
• Şirkətin marketinq strategiyasının və marketinq planının işlənib hazırlanmasında iştirak etmək;
• Daim yeni axtarışlar etmək, şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq və gedişi ilə əlaqədar şöbə rəhbərinə hesabatlar təqdim etmək;
• Marketinq və SMM kampaniyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
• Rəqiblərin qiymət analizlərinin edilməsi;
• Sosial Media kanallarını idarə etmək;
• Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
• İstifadə olunan saytların effektivliyini təhlil etmək.
Namizədə dair əsas tələblər:
• Yaş həddi 20-35 yaş;
• Ali təhsil(Marketinq təhsili arzu olunandır);
• Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və Rus dillərini bilmək əlavə üstünlük hesab olunur;
• Müvafiq sahədə təcrübə arzuolunandır;
• Sosial Media Platofrmaları üzrə biliklər (Meta,TikTok,Youtube);
• Komanda ilə işləmə bacarığı ;
• Məsuliyyətli, diqqətli, ünsiyyət bacarıqları;
Əlavə məlumat:
İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti Baku Olimpik Residence 189A
İş rejimi: həftə içi 5 gün
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uğun namizədlər mövzu yerində “Marketinq üzrə kiçik mütəxəssis“ qeyd edərək öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.