Marketinq üzrə mütəxəssis vakansiyası
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
İş yeri: Bakı şəhəri (zərurət yarandıqda Masallı və Göyçay şəhərlərinə ezamiyyətlər nəzərdə tutulur)
Əmək haqqı: 800–1500 AZN (bilik və təcrübəyə uyğun)
Tələblər:
• Ali təhsil (Marketinq, və ya əlaqəli sahələr üzrə)
• Müvafiq sahə üzrə iş təcrübəsi
• Rəqəmsal marketinq proqramları ilə işləmə bacarığı (Google Analytics, Meta Ads və s.)
• Azərbaycan dili səlis, İngilis dili və Rus dili biliyi arzuolunandır
• Kreativ düşüncə və analitik yanaşma
• Komandada işləmə və ünsiyyət bacarığı
• Deadline-lara riayət etmə və məsuliyyətlilik
Əsas vəzifələr:
• Klinikanın ümumi marketinq strategiyasının hazırlanması və icrası
• Sosial media platformalarında (Instagram, Facebook, TikTok və s.) tibbi mövzulara uyğun • kontent planının hazırlanması və idarə olunması
• Həkimlərin və xidmətlərin tanıtımı üçün foto/video çəkilişlərin təşkili və koordinasiyası
• Pasiyent yönümlü reklam kampaniyalarının hazırlanması və idarə olunması (Google Ads, Meta Ads və s.)
• Klinikanın xidmətləri üzrə aksiya və kampaniyaların hazırlanması (check-up paketləri, endirimlər və s.)
• Sayt və sosial şəbəkələr üzərindən daxil olan müraciətlərin analiz edilməsi və optimizasiya təkliflərinin verilməsi
• Pasiyent rəylərinin (review) toplanması və reputasiya idarəçiliyinin aparılması
• Hədəf auditoriyanın müəyyən edilməsi və ona uyğun kommunikasiya strategiyasının qurulması
• Email və SMS marketing kampaniyalarının hazırlanması (xatırlatma mesajları, kampaniyalar və s.)
• Klinikanın saytında (əgər varsa) kontentin yenilənməsi və SEO optimizasiyası üzrə təkliflərin verilməsi
• Offline marketinq fəaliyyətlərinin təşkili (bannerlər, flayerlər, tərəfdaşlıqlar və s.)
• Həkim heyəti ilə əməkdaşlıq edərək maarifləndirici kontentin hazırlanması
• Marketinq fəaliyyətləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi