Marketinq və Kommunikasiya Mütəxəssisi üçün Vəzifə Təsviri

Vəzifənin adı: Marketinq və Kommunikasiya Mütəxəssisi

Tabe olduğu şəxs: İdarəetmə Qrupunun Rəhbəri

Vəzifə haqqında ümumi məlumat:

Marketinq və Kommunikasiya Mütəxəssisi Dövlət Təqaüd proqramının bütün marketinq, ictimaiyyətlə əlaqələr, brendinq və rəqəmsal fəaliyyətlərini idarə edir. Bu rol kommunikasiya strategiyalarının hazırlanması və həyata keçirilməsini, cəlbedici məzmunun yaradılmasını, ənənəvi və rəqəmsal mediada brendin vahidliyinin təmin edilməsini əhatə edir. Bundan əlavə, mütəxəssis tədbirlərin və media ilə əlaqələrin koordinasiyası, ictimai rəyin təhlili, böhran zamanı kommunikasiya və tərəfdaşlarla əməkdaşlığa cavabdehdir.

Əsas Vəzifə və Öhdəliklər

Marketinq və Kommunikasiyanın İcrası:

 Marketinq fəaliyyətlərini hədəf auditoriya və ictimaiyyətin marağını artıracaq şəkildə icra etmək.

 Xarici və daxili kommunikasiya işlərini idarə etmək, o cümlədən mətbuat açıqlamaları və rəsmi bəyanatları hazırlamaq.

 Nazirliklə kommunikasiya əlaqələrini saxlamaq və dərc olunmuş materialların, tədbirlərin və digər PR fəaliyyətlərinin hesabatlarını hazırlamaq.

 Dövlət tənzimləmələrinə uyğunluğu qorumaqla yanaşı, ictimai mesajların Nazirliyin göstərişlərinə uyğun şəkildə formalaşdırılmasına və yeni yanaşmaların tətbiqinə dəstək göstərmək.

 Müsahibələrin, mətbuat konfranslarının və brifinqlərin vaxtında təşkili və əlaqələndirilməsi.

 Dərc olunan məlumatların düzgünlüyünə nəzarət etmək və mənfi media materiallarına operativ şəkildə cavab vermək.

Rəqəmsal Marketinq və Məzmun Yaradılması:

 Sosial şəbəkələrin idarə olunmasına, vebsaytın yenilənməsinə və rəqəmsal kampaniyaların həyata keçirilməsinə nəzarət etmək.

 Sosial media paylaşımları, hesabatlar və mətbuat açıqlamaları da daxil olmaqla maraqlı və cəlbedici məzmun hazırlamaq.

 Bütün rəqəmsal platformalarda brendin vahidliyini (brand consistency) təmin etmək.

 Onlayn fəaliyyətə nəzarət etmək və sosial şəbəkələrdə verilən rəylərə operativ şəkildə cavab vermək.

 Müsahibələrin video/yazılı materiallarını yükləmək, idarə etmək və arxivləşdirmək, həmçinin strukturlaşdırılmış verilənlər bazasını saxlamaq.

Tədbirlərin İdarə olunması və Tərəfdaşlarla Əlaqə:

 Tədbirlər, konfranslar və marketinq kampaniyalarını planlamaq və həyata keçirmək.

 Tədbirlərin keçirilməsi üçün podratçılar, təchizatçılar və xidmət təminatçıları ilə əməkdaşlıq qurmaq.

 Təqaüd imkanlarının effektiv şəkildə təbliği üçün daxili komandalarla işləmək.

 Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək PR və marketinq büdcələrini müəyyənləşdirmək.

Strateji Planlaşdırma və Böhran Kommunikasiyası:

İdarəetmə komandası və həmkarlarla fikir mübadiləsi aparmaqla marketinq strategiyalarının inkişafına töhfə vermək.

 PR və kommunikasiya ilə bağlı normativ dəyişikliklərdən xəbərdar olmaq.

 Media yeniliklərinə operativ cavab verməklə, etimadı möhkəmləndirməklə və müsbət ictimai imic formalaşdırmaqla reputasiya idarəçiliyini təmin etmək.

 Kommunikasiya proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması təşəbbüslərini dəstəkləmək.

QEYD: CV-lərinizi “Marketinq və Kommunikasiya Mütəxəssisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.