Məhkəmə işləri sektorunun müdiri vakansiyası
Struktur bölmə: Hüquq şöbəsi, Məhkəmə işləri sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
•Qurumun fəaliyyəti ilə bağlı yaranan mülki, iqtisadi, inzibati və əmək mübahisələri üzrə məhkəmə işi strategiyasını müəyyən etmək;
•Bütün məhkəmə instansiyalarında qurumu təmsil etmək;
•İddia ərizələri, vəsatətlər, apelyasiya və kassasiya şikayətlərinin hüquqi ekspertizasını aparmaq və təsdiqləmək;
•Məhkəmə qərarlarının icrası mərhələsində icra qurumları ilə işi təşkil etmək və debitor borcların yığılması prosesinə hüquqi dəstək vermək;
•Qurumun fəaliyyətində aşkar olunan hüquqi boşluqları analiz etmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
•Sektorun rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq;
•Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək;
•Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək.
Namizədə dair tələblər:
•Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Bakalavr təhsili mütləqdir, magistr təhsili arzuolunandır);
•İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi(rəhbər vəzifədə 3 il);
•Dil bilikləri: ingilis dili (B1), rus dili (B1);
•Dövlət qurumlarında iş sahəsində təcrübənin olması;
•Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
•Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
•Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər mövzu hissəsində “Məhkəmə işləri sektorunun müdiri” qeyd edərək CV-lərini [email protected] ünvanına göndərə bilərlər.