Vakansiya: Məhsul Meneceri (Product Manager)

 

Tələb olunan bilik və bacarıqlar:

 Tibbi, farmasevtik, marketinq və ya oxşar sahə üzrə ali təhsil;

 Məhsul menecmenti və ya dərman məhsullarının tanıtımı sahəsində minimum 2-4 il iş təcrübəsi;

 Güclü analitik, strateji və sistemli düşünmə bacarığı;

 Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili üstünlükdür;

 Yüksək kommunikasiya və təqdimat bacarıqları;

 Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

 

Əsas vəzifə öhdəlikləri:

Dərman məhsulları üzrə marketinq və tanıtım strategiyalarının hazırlanması və icrası;

Hədəf auditoriya (həkimlər, əczaçılar, apteklər) üçün məhsul təqdimatlarının təşkili və keçirilməsi;

Rəqib məhsulların bazar analizinin aparılması və rəqabət üstünlüklərinin müəyyən edilməsi;

Satış və marketinq komandası ilə birgə məhsulun inkişaf və tanıtım planlarının hazırlanması;

Tanıtım materiallarının (broşür, təqdimat, kontent və s.) hazırlanmasına nəzarət;

Məhsul üzrə satış nəticələrinin izlənilməsi və hesabatların hazırlanması;

Tanıtım materiallarının və məhsul haqqında məlumatların hazırlanması.

 

İş şəraiti:

 BEGOC Biznes Mərkəzi (Bakı şəhəri, Zərifə Əliyeva küç. 93)

 5/7 iş qrafiki, iş vaxtı: 09:00–18:00

 Nahar şirkət tərəfindən təmin olunur

 Tibbi sığorta

 Peşəkar təlim və inkişaf imkanları

 Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti

 Əmək haqqı müsahibə əsasında müəyyən olunur

 

Müraciət:

CV-nizi [email protected] ünvanına göndərin.

Mövzu hissəsində vakansiya adını qeyd etməyiniz kifayətdir.

Zeytun Pharmaceuticals - Peşəkar inkişaf üçün doğru ünvan!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.