Hazırsan? Məhsul sahibi olmaq istəyənlər üçün "PO Growth 2" layihəmiz start götürür
Layihə gələcəyin Məhsul sahiblərini yetişdirmək üçün yaradılmış 3 aylıq intensiv inkişaf proqramıdır. Proqrama həm Bir ekosisteminin əməkdaşları, həm də tələblərə cavab verən bütün namizədlər müraciət edə bilərlər
Bu müddət ərzində iştirakçılar:
• Bir ekosisteminin Agile liderləri ilə birbaşa işləyəcək;
• Real keyslər və layihələr üzərində praktik təcrübə qazanacaq;
• Müasir məhsul idarəetməsi üzrə alət və framework-ləri tətbiq edəcək.
Bizdə öyrəndiklərin iş həyatına böyük təcrübə qatacaq.
Əgər sən də müştəriyönümlü məhsullar yaratmaq, karyeranı inkişaf etdirmək və daim öyrənməyə hazırsansa, elə indi müraciət etməyə tələs
Qeyd edək ki, son müraciət tarixi 9 martdır.
Müraciət: https://www.kbl.az/prgr