“Mentorluq və inkişaf akademiyası” layihəsi keçiriləcək

 

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən İctimai Birliyin Gəncə-Daşkəsən regionundan olan könüllüləri üçün 3 ay müddətində “Mentorluq və inkişaf akademiyası” layihəsi keçiriləcək.

Layihə çərçivəsində iştirakçılar mentorlarla fərdi və qrup əsaslı sessiyalarda iştirak edəcək, real layihələr üzərində işləyərək praktiki bacarıqlarını inkişaf etdirəcək və gələcək karyera istiqamətlərini müəyyənləşdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, layihənin məqsədi könüllülərin şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək, mentor dəstəyi və praktiki fəaliyyətlər vasitəsilə onların karyera istiqamətlərini düzgün müəyyənləşdirmələrinə töhfə verməkdir.

Qeydiyyatdan keçmək üçün link bio hissəsində!

Son qeydiyyat tarixi: 26 yanvar 2026-cı il

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.