Meqa Sığorta Partnyorlarla iş şöbəsinin mütəxəssisi vəzifəsinə işçilər cəlb edir.
Vəzifə öhdəlikləri:
• Maliyyə təşkilatları ilə partnyorluq əlaqələrinin qurulması və cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;
• Müəyyən edilmiş satış planlarının icrasını təmin etmək
• Müştəri ehtiyaclarının dərindən təhlil edilməsi və onlara uyğun həllərinin hazırlanaraq təqdim edilməsi;
• Satış fəaliyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi olaraq hesabatların təqdim edilməsi;
• Satış proseslərinin təkmilləşdirilməsi istiqamətində yeni təkliflər vermək
• Komanda ilə sıx əməkdaşlıq edərək ortaq hədəflərə töhfə vermək.
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
İş şərtləri:
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
• İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
• Əmək haqqı: Namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
• Karyera və peşəkar inkişaf üçün imkanlar;
• Peşəkar komandada işləmək imkanı;
• Tibbi sığorta təminatı;
• Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Partnyorlarla iş şöbəsinin mütəxəssisi” qeyd etməklə CV-nizi karyera@ meqasigorta.az e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.