"Məqsədlərin müəyyənləşdirilməsi və effektiv planlama" adlı ödənişsiz vebinar keçiriləcək
Dövlət Məşğulluq Agentliyi tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində "Məqsədlərin müəyyənləşdirilməsi və effektiv planlama" adlı ödənişsiz vebinar keçiriləcək.
Vebinarda nələr müzakirə olunacaq?
Şəxsi və peşəkar məqsədlərin düzgün müəyyənləşdirilməsi
Real və ölçülə bilən planlama üsulları
Vaxtın effektiv idarə olunması
Məqsədlərə çatmaq üçün praktik alətlər
Moderator:
Mikayıl Tağıyev – Dövlət Məşğulluq Agentliyinin Mentorluq və inkişaf şöbəsinin əməkdaşı
Spiker:
Təravət Əsgərova – IT layihə meneceri, şəxsi inkişaf mentoru
Vebinarın keçiriləcəyi tarix və saat:
26 dekabr
19:30
Qeydiyyat üçün link: https://survey.sosial.gov.az/index.php/917439?lang=az