Mərkəzi Bank Maliyyəçisən təcrübə proqramı
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.
Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera yolunda inamla irəliləməyə təkan verəcək. İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.
Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.
Proqram ilə bağlı digər detallar:
Proqramın müddəti - 2 ay (iyul və avqust ayları)
İştirak- həftənin 5 günü
Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd
Təcrübəçilərin seçim mərhələsi
• Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi
• Test mərhələsi
• Qrup müsahibəsi
• Panel müsahibəsi
Kimlər müraciət edə bilər?
Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr məzunları müraciət edə bilər.
Müraciət üçün son tarix hansıdır?
Müraciətlərin qəbulu üçün son tarix 15 aprel 2026-cı ildir.
Necə müraciət etmək olar?
2026-cı il üzrə təcrübə proqramına aşağıdakı link vasitəsilə müraciət edə bilərsiniz:
Əlavə suallarınız yaranarsa [email protected] ünvanına müraciət edə bilərsiniz.