Bu vəzifədə çalışan məsul şəxs kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar, çevik və məsuliyyətli olmalıdır.   Tələblər:   · Ali təhsil (jurnalistika, filologiya, psixologiya və ya pedaqogika sahəsi üzrə); · İxtisası üzrə minimum 1-3 il iş təcrübəsi; · Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti; · Yazılı mətn, məqalə və s. hazırlamaq üzrə müvafiq təcrübə; · Araşdırma, tədqiqatçılıq və təqdimetmə bacarığı; · Təhliletmə və ümumiləşdirmə bacarığı; · Böyük həcmli yazılı və şifahi məlumatlarla işləmək bacarığı; · Xarici dillərdən ən az birini yüksək səviyyədə bilməsi (rus və ingilis dillərinə üstünlük verilir); · İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar; · Komandada işləmək bacarığı.   Öhdəliklər: · Tələb olunan möv
zular üzrə araşdırma aparmaq; · Mətnləri yazılı dil qaydalarına əsasən işləmək və redaktə etmək; · Təhsil sahəsi üzrə tədqiqatlar aparmaqla yeni təkliflər vermək; · Müstəqil planlaşdırma aparmaq; · Müvafiq sahədə monitorinq təşkil etmək və keçirmək; · Proqram Departamentinin fəaliyyətinə uyğun olaraq kontenti (mətn, foto, video) hazırlamaq.   Məşğulluq:   · Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00; · Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır. Uyğun namizədlərdən [email protected] ünvanına mövzu bölməsində vəzifənin adı (Məzmun üzrə mütəxəssis) göstərilməklə05.10.2021-ciil tarixədək göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Sizi komandamızda görməkdən məmnun olarıq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.