Datazen Solutions komandası olaraq Middle və Senior Backend Developer axtarırıq!
Əgər güclü texniki biliklərə sahibsinizsə və innovativ layihələrdə iştirak etmək istəyirsinizsə — bu fürsət sizin üçündür!
Şirkət haqqında:
Datazen Solutions – informasiya texnologiyaları sahəsində ixtisaslaşmış, dövlət və özəl sektor üçün innovativ həllər təqdim edən aparıcı şirkətdir.
Biz IT infrastrukturu, proqram təminatı, rəqəmsal transformasiya və fiziki təhlükəsizlik sahələrində geniş miqyaslı layihələr həyata keçiririk.
Vəzifə haqqında:
Miqyaslana bilən Java tətbiqlərinin hazırlanması və optimallaşdırılması
Biznes tələblərini texniki həllərə çevirmək üçün məhsul menecerləri və arxitektlərlə əməkdaşlıq
Kod keyfiyyətinin və sənədləşmənin qorunması
Sistem arxitekturasının icmallarında iştirak
(Senior üçün) Junior developer-lara mentorluq və kod yoxlamalarının aparılması
Tələblər:
Java üzrə professional təcrübə (Middle üçün minimum 3 il, Senior üçün 5+ il)
Core Java bilikləri (multithreading, concurrency, data structures, algorithms)
Spring Framework (Boot, MVC, Security, Data) və Hibernate və ya Java EE üzrə təcrübə
Relational və NoSQL verilənlər bazaları ilə işləmə bacarığı (PostgreSQL, Oracle, MongoDB)
RESTful API-lər, mikroservis arxitekturası, Docker, Kubernetes və CI/CD alətləri ilə tanışlıq
Əgər siz inkişaf yönümlü, yaradıcı və komanda işini sevən bir backend mütəxəssisisinizsə — sizi Datazen Solutions komandasında görməkdən məmnun olarıq!
Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərə və ya birbaşa mənimlə əlaqə saxlaya bilərsiniz.