Milli Depozit Mərkəzi (MDM) tələbələrin peşəkar inkişafına dəstək məqsədilə Yay Təcrübə Proqramı 2026 üzrə müraciətlərin qəbulunu elan edir.
Proqram haqqında
Yay Təcrübə Proqramı iştirakçılara nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və maliyyə bazarı infrastrukturu ilə yaxından tanış olmaq imkanı yaradır.
Təcrübə Maliyyə Departamentinin Büdcə və Hesabatlılıq istiqaməti üzrə təşkil olunacaq.
Kimlər müraciət edə bilər?
Universitetlərin IV kurs bakalavr tələbələri;
Magistratura pilləsində təhsil alan tələbələr;
Öyrənməyə, inkişaf etməyə və yeni biliklər qazanmağa həvəsli namizədlər.
Təcrübə müddəti
İyul – Avqust 2026
Təcrübə proqramı çərçivəsində iştirakçılar:
Peşəkar mütəxəssislərlə birgə çalışacaq;
Praktiki tapşırıqların icrasında iştirak edəcək;
Korporativ iş mühiti ilə yaxından tanış olacaq;
Təcrübə proqramını uğurla başa vurduqları halda işə qəbul müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.
Müraciət qaydası
CV və motivasiya məktubunuzu [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.
E-poçtun mövzu hissəsində “Yay Təcrübə Proqramı 2026” qeyd edilməlidir.
Son müraciət tarixi: 19 iyun 2026.