İT sahəsində təhsil alan və maraq göstərən tələbələrin və eyni zamanda universiteti yeni bitirmiş gənclərin nəzərinə:
Tələbələrin universitetlərdən qazandıqları nəzəri biliklərlə yanaşı, onların iş həyatından praktiki vərdişlər qazanmaları, iş ortamınınauyğun yetişmələri üçün “MilliKart” MMCsizləri aşağıda qeyd olunan sahələr üzrə təcrübə proqramına dəvət edir.
• Verilənlər bazası üzrə kiçik inzibatçı – Database junior administrator
• Unix/Linux üzrə kiçik inzibatçı – Unix/Linux junior administrator
• Windows əməliyyat sistemləri üzrə kiçik inzibatçı - Windows System junior administrator
• Elektron ticarət üzrə kiçik inzibatçı – Ecommerce junior administrator
• Şəbəkə üzrə kiçik inzibatçı – Network junior administrator
• Virtualizasiya üzrə kiçik inzibatçı - Virtualization junior administrator
Maraqlanan namizədlər təhsil, təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu ([email protected]) elektron poçtuna göndərməlidir.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.