Monitorinq üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis.

 

Əsas vəzifə öhdəlikləri:

Kredit portfelinin monitorinqinin həyata keçirilməsi və risklərin vaxtında müəyyən olunması;

Kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət və hesabatlılığın təmin edilməsi;

Təminatların vəziyyətinin monitorinq edilməsi və mütəmadi qiymətləndirilməsi;

Problemli kreditlərlə bağlı ilkin təhlillərin aparılması və aidiyyəti şöbələrə təqdim olunması;

Müştəri biznesində “həyəcan siqnalları”nın müəyyən edilməsi və Kredit Komitəsinə təqdim olunması;

“Potensial problemli müştərilər” üzrə daxil olan məlumatların təhlili və müzakirəyə çıxarılması;

Kredit prosesində mövcud “zəif bəndlərin” aşkar edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;

Ümumi kredit sisteminin monitorinqi, analitik hesabatların hazırlanması;

Aparıcı mütəxəssis üçün əlavə olaraq: monitorinq proseslərinin koordinasiyası və əməkdaşlara metodiki dəstək göstərilməsi.

Namizəddən tələblər:

Bank işi, maliyyə, mühasibatlıq və ya müvafiq sahələr üzrə ali təhsil;

Bank və ya kredit sahəsində minimum 1.5 il iş təcrübəsi (aparıcı vəzifə üçün minimum 3 il);

Maliyyə analizi, risk analizi və MHBS üzrə biliklər;

Azərbaycan qanunvericiliyini və AMB normativ aktlarını bilmək;

Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

Analitik düşüncə, məsuliyyət, dəqiq hesabat hazırlamaq bacarığı;

Komanda və fərdi şəkildə işləmək bacarığı.

İş şəraiti və təkliflər:

İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

Əməkhaqqı: Razılaşma yolu ilə

Performansa uyğun bonus sistemi

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

Şirkətin struktur dəyişikliklərinə uyğun olaraq əməkhaqqı artımı imkanı

Uyğun namizədlər cvlərini [email protected] email ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.