"Mühasib köməkçisi" vakansiyası

 

Vəzifə öhdəlikləri:

 • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin hazırlanmasında iştirak etmək;

 • Elektron qaimə-fakturaların tərtib edilməsində və göndərilməsində mühasibə kömək göstərmək;

 • Mallar və xidmətlər üzrə sənədlərin hazırlanması və sistemə daxil edilməsini təmin etmək;

 • Gündəlik qaimə və qəbzlərin işlənməsi, məlumatların bazaya daxil edilməsini həyata keçirmək;

 • Mal-material və xidmətlər üzrə qəbul aktlarının və digər mühasibat sənədlərinin tərtibinə dəstək olmaq;

 • Mühasibin tapşırıqlarını vaxtında və dəqiq icra etmək.

 

Namizədə dair əsas tələblər:

 • Yaş həddi 20-35 yaş;

 • Ali maliyyə bakalavr təhsili (magistr təhsili arzu olunandır);

 • Mühasibat və maliyyə sahəsində minimum 6 ay iş təcrübəsi;

 • Azərbaycan Respublikası mülki, əmək üzrə biliklər;

 • MS Office (Word, Excel) və 1C (8.3) proqramında sərbəst işləmək bacarığı;

 • Analitik təhlil etmə qabiliyyəti;

 • İşə yaradıcı və təşəbbüskar yanaşma;

 • Bəy namizədlərə üstünlük verilir.

 

 Əlavə məlumat:

 İş yerinin yerləşdiyi ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti Baku Olimpik Residence 189A

 İş rejimi: həftə içi 5 gün

 Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında müəyyənləşəcək.)

 

 Tələblərə uğun namizədlər mövzu yerində “Mühasib köməkçisi“ qeyd edərək öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

 

 Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.