Vakansiya: Mühasib (Ödənişlər üzrə)
Vəzifə öhdəlikləri:
Təchizatçılara, podratçılara və digər tərəfdaşlara ediləcək ödənişlərin hazırlanması və icrası;
Bank köçürmələrinin və ödəniş tapşırıqlarının hazırlanması;
Ödənişlərin təsdiq olunmuş ödəniş planına və müvafiq sənədlərə uyğunluğunun yoxlanılması;
Gündəlik bank çıxarışlarının yoxlanılması və ödənişlərin üzləşdirilməsi;
Ödənişlərlə bağlı yaranan uyğunsuzluqların araşdırılması və aradan qaldırılması;
Ödəniş sənədlərinin düzgün arxivləşdirilməsi və sistemləşdirilməsi;
Rəhbərlik tərəfindən təsdiq edilmiş ödəniş prosedurlarına və daxili nəzarət qaydalarına riayət edilməsi;
Ödəniş prosesləri ilə bağlı məlumatların məxfiliyinin qorunması.
Tələblər:
Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
Vergi Məcəlləsi və mühasibat uçotu prinsipləri üzrə biliklər;
1C, Excel və digər müvafiq proqramlarla işləmə bacarığı;
İnternet bankinq, E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
Şərtlər:
İş qrafiki: 5 günlük (09:00 – 18:00);
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq;
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Şirkətdaxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “Ödənişlər üzrə mühasib” başlığı qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.