Şirkətimizə “Mühasib üzrə Təcrübəçi” axtarırıq!

 

Şirkət haqqında: Konsaltinq sahəsində fəaliyyət göstərən şirkətimiz, mühasibatlıq sahəsində özünə karyera qurmaq istəyən dinamik və öyrənməyə həvəsli gəncləri təcrübə proqramına dəvət edir .

Təcrübə proqramı 1 ay davam edəcək və bu müddəti uğurla başa vuran namizədə daimi iş təklif olunacaqdır.

 

Təcrübə dövründə nələri öyrənəcəksiniz?

• İlkin sənədlərin (qaimə, hesab-faktura, akt və s.) hazırlanması və sistemə işlənilməsi;

• Maliyyə əməliyyatlarının (gəlir-xərc) uçotunun aparılması;

• Dövlət portalları ( new e-taxes, ƏMAS, e-customs) ilə praktiki iş bacarığı;

• Bank və kassa əməliyyatlarının izlənilməsi;

• Debitor və kreditor borclara nəzarət edilməsi

• Əməkhaqqı hesablamalarının aparılması, vergi və sosial sığorta tutulmalarının yerinə yetirilməsi;

 

Tələblər:

• Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsində);

• MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı;

• Öyrənməyə yüksək həvəs və məsuliyyətlilik;

• Rəqəmlərlə işləmə və analitik düşünmə bacarığı.

 

Şirkət tərəfindən təmin edilir:

• Yol və nahar xərclərinin qarşılanması;

• Real iş mühitində peşəkar mühasiblər tərəfindən mentorluq;

• Təcrübə müddətini uğurla keçdikdə daimi işlə təmin olunma imkanı.

 

 

İş şəraiti:

• İş rejimi: 5 günlük (09:00 - 18:00);

• Ünvan: Bakı şəhəri, 28 May (Kövkəb Səfərəliyeva küç.)

 

Müraciət üçün: 

Maraqlanan namizədlər CV-lərini "Mühasib üzrə təcrübəçi" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.