Mühasib vakansiyası
Vəzifə öhdəlikləri:
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
Gəlir və xərclərin uçotunun aparılması;
Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV, statistika hesabatları)
Vəzifə tələbləri:
Təhsil pilləsi: Bakalavr
Müvafiq sahədə 2 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
Dil bilikləri: Azərbaycan dili (ingilis və rus dili arzuolunandır)
Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3.
Problem həll etmə bacarıqları;
Detallara diqqət;
Komandada işləmək bacarığı;
Analitik düşünmə bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.