Mühasib vakansiyası
Komandamıza məsuliyyətli, diqqətli və peşəkar Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri
•Mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
• Vergi, DSMF və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanması;
• Bank və kassa əməliyyatlarının həyata keçirilməsi;
• Əmək haqqı, məzuniyyət və son haqq-hesab ödənişlərinin hesablanması;
• Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
• Maliyyə sənədlərinin hazırlanması, işlənməsi və arxivləşdirilməsi;
• Rəhbərliyə tələb olunan maliyyə məlumatlarının təqdim edilməsi.
Tələblər:
• Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi;
• MS Excel və mühasibat proqramları ilə işləmək bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti.
İş yeri: Nərimanov rayonu
İş qrafiki: Həftədə 5 iş günü
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.