“Pro Con izo” MMC gənclərin peşəkar inkişafına dəstək olmaq məqsədilə Mühasib vəzifəsi üzrə Təcrübə Proqramı elan edir.

 

• Bu proqram mühasibatlıq sahəsində biliklərini artırmaq və real iş mühitində praktiki bacarıqlar qazanmaq istəyənlər üçün xüsusi olaraq hazırlanıb.

• Təcrübə müddətində iştirakçılar peşəkar mühasiblərin bilik və təcrübəsindən faydalanaraq həm nəzəri, həm də praktiki biliklər əldə edəcək, gündəlik iş proseslərində iştirak etməklə öz potensiallarını inkişaf etdirmək imkanı qazanacaqlar.

• Məqsədimiz – gənclərə güclü peşəkar baza qazandıraraq onların karyeralarının uğurlu başlanğıcına dəstək olmaqdır.

 

• Ünvan: Bakı şəhəri, Nərimanov rayonu

• Müddət: 3 ay

• Təcrübə saatları: Həftə içi 5 gün, 15:00 – 18:00

• Təcrübə müddətində əmək haqqı: 200 AZN

 

 Təcrübə proqramının sonunda iştirakçılar imtahan nəticələrinə əsasən şirkətimizdə daimi işlə təmin olunmaq şansı əldə edəcəklər.

Tələblər:

 • Təhsil: Natamam ali 

 • MS Office, xüsusilə Excel proqramında bilik və bacarıq

 • Öyrənməyə həvəsli və məsuliyyətli olmaq

 

Bu proqram həm təhsilini yenicə başa vurmuş, həm də mühasibatlıq sahəsində biliklərini praktik təcrübə ilə möhkəmləndirmək istəyən gənclər üçün dəyərli bir fürsətdir.

 

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) [email protected] elektron ünvanına mövzu hissəsində “Mühasib təcrübəçi” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.