“VLand Systems” MMC-də (köhnə STP Metal Structures MMC) “Mühasib” vəzifəsi üzrə vakansiya var.

 

Vəzifə öhdəlikləri:

Şirkətin uçot siyasətinə uyğun olaraq baş vermiş mühasibat əməliyyatlarını vaxtında və düzgün formada uçotun aparıldığı proqram təminatına işləmək;

Şirkətin rəsmi və idarəetmə mühasibatlığına aid olan sənədlərin hazırlanmasında iştirak etmək;

Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək;

Şirkətin baş mühasibi və Maliyyə meneceri tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində digər funksiyaları yerinə yetirmək.

 

Namizədə tələblər:

Ali təhsil (maliyyə, mühasibatlıq üzrə);

Müvafiq sahədə 3 il və üzəri iş təcrübəsi;

ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;

MS Office proqramlarında, Exceldə əla işləmə bacarığı;

Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;

 

İş şəraiti:

5 günlük iş qrafiki;

İş yeri: Sumqayıt şəhəri;

Könüllü tibbi sığorta təminatı;

Korporativ nömrə;

Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

 

Tələblərə uyğun namizədlər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.