“Update Consulting” MMC mühasibatlıq sahəsi üzrə ilin sonuncu 3 aylıq təcrübə proqramını elan edir!
Nələri öyrənəcəksiniz?
• Yenilənmiş “new.e-taxes.gov.az” portalında işləmək;
• www.e-taxes.gov.az-portalı ilə tanışlıq;
• E-qaimə sistemində işləmək;
• Müqavilələrin, Hesab-fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
• Fəaliyyət kodlarının əldə olunması;
• Mal və xidmət kodlarının əldə olunması;
• Vergi sisteminə daxil olan məktubların oxunub analiz olunması və cavablandırılması;
• Əmək haqlarının hesablanması;
• İnternet banking üzrə əməliyyatlar
(bank daxili, ölkədaxili, ölkəxarici, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə ödəniş və ödənişlərin kütləvi yığılması);
• Əmək haqqı kartlarının sifarişi;
• Debitor/Kreditor excel cədvəllərin hazırlanması və əməliyyatlar aparılması.
Əgər siz də nəzəri biliklərinizi təcrübədə tətbiq edərək ixtisasınız üzrə peşəkar mütəxəssis olmaq istəyirsinizsə, CV-lərinizi [email protected] e-poçt ünvanına “subject” (mövzu) hissəsində “Təcrübəçi mühasib” qeyd etməklə göndərə bilərsiniz.