Vəzifə:Müqavilələr üzrə mütəxəssis İş yeri:AMAL Group MMC Namizədə dair tələblər: •Təhsil: Ali (Hüquq, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s.,) •Kompüter bilikləri: MS Office proqramları •Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur. •İş təcrübəsi: Müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı. Vəzifə öhdəlikləri: §Satınalma müqavilələri üzrə danışıqlar aparmaq, struktur bölmələrdən daxil olan müraciətlərə əsasən bütün növ müqavilələri, əlavə razılaşmaları, razılaşdırma protokolların layihələrini hazırlamaq; §Bütün növ müqavilələri, əlavə razılaşmaları, razılaşdırma protokollarını və müqavilə ilə bağlı olan digər sənədləri məlumat bazasına daxil etmək; §Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması. §Bağlanmış müqavilələrin idarə olunması və icrasına nəzarət, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatların təqdim edilməsi; §Müqavilələrin icrası
na nəzarət zamanı aşkar olunmuş nöqsanları təhlil etmək, onların aradan qaldırılması və iddia müddətlərinin buraxılmaması üçün lazımi tədbirlər görmək; Bacarıqlar: § Satınalma prossesləri və ümumi prinsiplərini; § Bazarı təhlil etmək üsul və qaydalarını; § Satınalma müqavilələrin tərtibatı qaydalarını; §Qərar vermə və problem həll etmə üsullarını və pirinsiplərini; §Planlaşdırmaq və təşkil etmək; İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 İş yeri: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Müqavilələr üzrə mütəxəssis" adını qeyd edərək[email protected]ünvanına göndərmələri xahiş olunur. Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.