MÜSABİQƏ ELANI: Xanımlar üçün rəqs battle!
YARAT, URBAN Azerbaijan Community ilə əməkdaşlıq çərçivəsində yalnız xanımlar üçün keçirilən rəqs yarışmasına müraciətləri açır!
Bu platforma sizə öz fərdi stilinizi, yaradıcılığınızı və səhnə ustalığınızı nümayiş etdirmək fürsəti verir. Hər üslub xoş gəlir — hip-hop, waacking, house, locking, popping, contemporary, freestyle… əsas olan sizin özünü ifadə tərzinizdir!
Kateqoriya:
• Bütün üslublar
İstənilən rəqs üslubunda iştirak edə bilərsiniz. Öz məharətinizi göstərin və yaradıcılığınızı paylaşın.
Tədbirin detalları:
• Qiymətləndirmə: Peşəkar münsiflər heyəti çıxışları texnika, yaradıcılıq, musiqi ilə uyğunluq və səhnə təqdimatına əsasən qiymətləndirəcək.
• Mükafatlar: Qaliblər sertifikatlar və xüsusi mükafatlarla təltif olunacaq.
• Digər: Fasilələrdə maraqlı interaktiv tədbirlər, dəvətli DJ-in çıxışı və tərəfdaşlarımızdan hədiyyələr iştirakçıları gözləyir.
İştirak detalları:
• Yaş: 12+
• Qeydiyyat: https://forms.gle/uFzczT33YQp61JTz6
Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə olunur.
Niyə qatılmalı?
Özünü ifadə etmək, səhnə təcrübəsi qazanmaq, yeni üslublarla tanış olmaq və rəqs icmasının bir parçası olmaq üçün unikal fürsət!
Deadline: 3 mart, 19:00
İştirak ödənişsizdir!