Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

 

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən  məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

 

Musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən müvafiq ixtisas üzrə orta və ya ali ixtisas təhsili namizədlər 7 oktyabr tarixindən  20 oktyabr 2025-ci il tarixinədək  şəxsiyyət vəsiqəsinin, diplomun surətlərini ( namizəd şəhid ailəsi və müharibə iştirakçısının ailə üzvüdürsə hər iki katoqoriyanı təsdiq edən sənədlərin  surətlərini) yaşadıqları ərazi üzrə Təhsil Şöbələrinə təqdim edərək  qeydiyyatdan keçə bilərlər.

 

 ️Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.

Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

 

 Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaq.

 

Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.

 

Məktəbəqədər təhsil müəssisələrinə  müsabiqə şərtləri ilə  bağlı məlumat  linkində, vakant olan vəzifələrlə bağlı məlumat isə linkində yerləşdirilib.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.