Arter MMC biznes proseslərinin rəqəmsallaşdırılması və ERP həlləri sahəsində fəaliyyət göstərən komandası üçün Müştəri Məmnuniyyəti üzrə Mütəxəssis vakansiyası elan edir.

 

Əgər sən müştəri münasibətlərinin idarə olunması, xidmət keyfiyyətinin artırılması və uzunmüddətli əməkdaşlıqların inkişaf etdirilməsi sahəsində təcrübəlisənsə, bu rol sənin üçün yaxşı fürsətdir.

 

 İş formatı:

Ofis daxili

Tam-ştat

İş saatları: 09:00 – 18:00

Məkan: Afen Plaza, Narimanov, Bakı

Əməkhaqqı: Sabit maaş + bonus

Maaş namizədin təcrübəsinə əsasən müəyyən ediləcək.

 

 Tələblər:

B2B xidmət satışında minimum 1 il təcrübə

Minimum B1 səviyyəsində danışıq ingilis dili

Güclü ünsiyyət və münasibət qurmaq bacarığı

Analitik düşüncə və araşdırma bacarığı

İşlərin izlənməsi və davamlı nəzarət vərdişi

PowerPoint / Google Slides ilə peşəkar təqdimat hazırlamaq bacarığı

Orta səviyyə Excel bilikləri (cədvəllər üzrə analiz aparmaq, hesabat hazırlamaq və s.)

CRM və ya tapşırıq idarəetmə sistemləri ilə iş təcrübəsi

 

 Əsas vəzifələr:

ERP tətbiqi tamamlanmış müştərilərlə mütəmadi görüşlər keçirmək

Dəstək xidmətində olan müştərilərlə davamlı əlaqədə olmaq və xidmət keyfiyyətini yoxlamaq

Yeni xidmətləri müştərilərə təqdim etmək və sonrakı izləməni aparmaq

Məmnuniyyət görüşləri və zənglərini qrafikə uyğun həyata keçirmək

Müştəri ehtiyaclarını müəyyən edib aidiyyəti komandalarla paylaşmaq

Əlavə xidmət imkanlarını müəyyən etmək

Müştəri rəylərini toplamaq və inkişaf təklifləri hazırlamaq

Görülən işlər üzrə hesabatlar hazırlamaq

 

 Müraciət:

CV-nizi [email protected] ünvanına göndərə və ya rəydə bölüşdüyüm linkdən “Müraciət et!” düyməsinə klik edərək müraciət edə bilərsiniz.

 

Mövzu:Müştəri Məmnuniyyəti üzrə Mütəxəssis – Arter MMC

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.