Müştəri Təmsilçisi / Customer Advocate vakansiyası
Vəzifə öhdəlikləri:
· Müştəri problemlərini analiz edərək kök səbəbləri müəyyənləşdirmək və həllini təmin etmək.
· Həll edilə bilməyən və ya kritik məsələlərdə eskalasiya tələb olunan hallarda əsas kontakt olmaq.
· Aidiyyəti departamentlərlə koordinasiya edərək problemlərin vaxtında və keyfiyyətli həllini təmin etmək.
· Bütün açılmış şikayət müraciətlərinin qeydiyyatını aparmaq, izləmək və həll prosesinə nəzarət etmək.
· Müştəri məmnuniyyətini artırmaq və xidmət səviyyəsini yüksəltmək üçün təkliflər hazırlamaq.
Əsas tələblər:
· Yüksək səviyyədə kommunikasiya bacarığı.
· Problemlərin həlli və eskalasiya prosesində minimum 3 il iş təcrübəsi.
· Departamentlərarası koordinasiya və proses idarəçiliyi bacarığı.
· Müştəri məmnuniyyətinə fokuslanmış yanaşma.
· Komanda üzvləri və rəhbərlik ilə effektiv kommunikasiya qurmaq bacarığı.
· Yüksək səviyyəli məsuliyyət tələb edən və mürəkkəb problemlərin həllinə töhfə verə biləcək bacarıq.
Müraciət:
Mövzu hissəsində “Müştəri Təmsilçisi” qeyd etməklə CV-lərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.