“Müştəri Xidmətləri üzrə Keyfiyyət Meneceri” vakansiyası üzrə işçi axtarışı elan edilir.

 

Əgər Contact Center sahəsində təcrübəniz varsa, keyfiyyət standartlarının formalaşdırılması, performansın qiymətləndirilməsi və proseslərin davamlı təkmilləşdirilməsi istiqamətində uğurlu nəticələr əldə etmisinizsə, sizi komandaya qoşulmağa dəvət edirik.

 

 Vəzifə öhdəlikləri:

* Müştəri kommunikasiyalarının şirkət standartlarına və tənzimləyici tələblərə uyğunluğunu təmin etmək məqsədilə keyfiyyət siyasətləri, proses və prosedurlarını hazırlamaq, tətbiq etmək və davamlı təkmilləşdirmək.

* Keyfiyyət məqsədlərini və performans göstəricilərini (benchmark) müəyyən etmək.

* Komanda üzvlərinin mütəmadi performans qiymətləndirilməsini aparmaq və konstruktiv rəy vermək.

* Zənglərin, e-poçtların və çat yazışmalarının monitorinqini və keyfiyyət qiymətləndirilməsini həyata keçirmək.

* Keyfiyyət göstəricilərini təhlil etmək, trendləri və inkişaf sahələrini müəyyənləşdirmək.

* Təkmilləşdirmə sahələri üzrə korrektiv tədbirlərin hazırlanması və digər departamentlərlə əməkdaşlıq çərçivəsində icrasını təmin etmək.

* Qiymətləndirmə nəticələrinə əsasən təlim proqramlarının hazırlanması və keçirilməsi üçün Təlim Mərkəzi ilə əməkdaşlıq etmək.

* Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı işləyərək vahid keyfiyyət yanaşmasının tətbiqini təmin etmək.

* Keyfiyyət göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və davamlı inkişaf təşəbbüslərində iştirak etmək.

Reklam

 

 Tələblər:

* Contact Center sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il keyfiyyətə nəzarət və ya rəhbər vəzifədə təcrübə.

* Performans məlumatlarının təhlili, trendlərin müəyyən edilməsi və inkişaf strategiyalarının hazırlanması üzrə güclü analitik bacarıqlar.

* Contact Center keyfiyyət alətləri, CRM sistemləri və Microsoft Office proqramlarında işləmə bacarığı.

* Proses və prosedurların hazırlanması və optimallaşdırılması sahəsində təcrübə.

* Problemlərin həlli, qərarvermə və strateji düşünmə bacarığı.

* Detallara yüksək diqqət, etik prinsiplərə sadiqlik və dəyişən biznes tələblərinə çevik uyğunlaşma.

* Azərbaycan dilini mükəmməl, rus dilini isə yaxşı səviyyədə bilmək.

 

 Maraqlanan namizədlər CV-lərini "Müştəri Xidmətləri üzrə Keyfiyyət Meneceri" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.